Rusiyanın Ukraynaya qəddar təcavüzünün ildönümünə yaxınlaşdığımız bir vaxtda mən Prezident Zelenski ilə görüşmək və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi təsdiqləmək üçün bu gün Kiyevdəyəm.
APA xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ Prezidenti Co Bayden Twitter-də paylaşım edib. O, Ukraynanın zəif olacağını düşünən Vladimir Putinin yanıldığını qeyd edib.
“Putin təxminən bir il əvvəl işğala başlayanda Ukraynanın zəif olduğunu və Qərbin parçalandığını düşünürdü. O, bizdən üstün ola biləcəyini düşünürdü. Amma o, tamamilə yanılmışdı. Ötən il ərzində ABŞ görünməmiş hərbi, iqtisadi və humanitar dəstəklə Ukraynanın müdafiəsinə kömək etmək üçün Atlantik okeanından Sakit okeana qədər dövlətlərdən ibarət koalisiya qurdu və bu dəstək davamlı olacaq”, o qeyd edib.