Bank Of Baku

Bayden Ukraynanın xarici işlər naziri Kuleba ilə görüşüb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukraynanın xarici işlər naziri Dmitri Kuleba

# 23 fevral 2022 03:55 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

“Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, - deyə məlumatda qeyd olunub.

Baydenin sözlərinə görə, ABŞ Ukraynaya təhlükəsizlik və iqtisadi sahələrdə dəstəyini davam etdirəcək.

ABŞ lideri bir müddət əvvəl Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini və onları Ukraynadakı vəziyyətdən asılı olaraq sərtləşdirəcəyini bildirib.

Bayden qeyd edib ki, o, bir ay əvvəl rusiyalı həmkarı Vladimir Putinə mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR