ABŞ Prezidentləri Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Ağ Evdə keçirilən görüş iki saatdan çox davam edib.
APA TASS-a istinadən xəbər verir ki, müzakirələr mətbuata yekun bəyanat verilmədən başa çatıb. Ukrayna lideri görüşdən dərhal sonra Ağ Evi tərk edib.
Qeyd edək ki, Baydenlə təkbətək danışıqlardan əvvəl Zelenski jurnalistlərə narahatlığını dilə gətirərək bildirib ki, istədikləri bütün problemləri müzakirə etməyə vaxt tapmayacaqlar.