Baydenin müşaviri və İsrailin müdafiə naziri İranı müzakirə edib

Ceyk Sallivan, Benni Qantz

© APA | Ceyk Sallivan, Benni Qantz

# 22 dekabr 2021 16:33 (UTC +04:00)

İsrailin müdafiə naziri Benni Qantz ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Benni Qantz "Twitter"də bildirib.

“Biz İranın nüvə təhlükəsi və regional aqressiyası ilə üzləşdiyimizi vurğulayaraq, strateji problemləri və əməkdaşlıq sahələrini müzakirə etdik”, - B. Qantz qeyd edib.

Görüş C. Sallivanın İsrailə səfəri çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR