Baydenin oğlu külli miqdarda vergidən yayınmaqda ittiham olunur

Baydenin oğlu külli miqdarda vergidən yayınmaqda ittiham olunur
# 08 dekabr 2023 09:30 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz bənd üzrə ittiham irəli sürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.

ABŞ prezidentinin oğlu 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin, qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur. Fox News-un məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Hanter Bayden "vergi ödəmək əvəzinə bahalı həyat tərzinə" milyonlarla dollar xərcləməkdə ittiham olunur.

O bundan əvvəl odlu silah sahibi olmaqla bağlı üç cinayətdə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR