“Co Baydenin Almaniyanın “Rammstein” hərb bazasında Rusiya-Ukrayna münaqişəsi ilə bağlı kontakt qrupunun görüşündə iştirak etməməsi səbəbindən sözü gedən müzakirələr təxirə salına bilər”.
APA-nın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Sabrina Sinqx deyib.
Onun sözlərinə görə, haqqında bəhs olunan görüşün bu qrupa daxil olan ölkələrin xarici işlər nazirləri arasında 17-18 oktyabr tarixlərinə planlaşdırılan müzakirələrlə paralel keçirilməsi məsələsinə baxılır.
Qeyd edək ki, ABŞ-ni əhatə edən "Milton" qasırğası səbəbindən bir sıra ştatlarda fövqəladə vəziyyət elan olunub.