Bank Of Baku

Baydenlə Makron arasında telefon danışığı olub - YENİLƏNİB

Baydenlə Makron arasında telefon danışığı olub  - YENİLƏNİB
# 16 fevral 2022 02:01 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Rusiya və Ukrayna rəhbərləri ilə görüşləri barədə fikir mübadiləsi aparıblar. Tərəflər Ukrayna ətrafındakı gərginliyin azaldılması üçün diplomatik səyləri artırmaqla bağlı qərara gəliblər.

***

21.05

ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı saat 10.11-də (Bakı vaxtı ilə 19.11) başlayıb. Söhbətin mövzusu barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR