Kürdəmirdə ferma yanıb - YENİLƏNİB

Kürdəmirdə ferma yanıb  - <span style="color: red;">YENİLƏNİB
# 30 may 2018 12:52 (UTC +04:00)

Kürdəmirdə ferma bir ildə iki dəfə yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qarabucaq kənd sakini, 1952-ci il təvəllüdlü Şiraslan Savalan oğlu Bünyatova məxsus ümumi sahəsi 440 kvadratmetr olan fermada gecə saatlarında güclü yanğın baş verib. Hadisə yerinə Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı fermanın 30 kvadratmetri və 30 ton ot bağlamasının 25 tonu yansa da, yanğınsöndürənlərin səyi nəticəsində fermanın və otun qalan hissəsi yanğından mühafizə olunub.

Sahibkar Ş.Bünyatov yanğının qəsdən törədildiyini iddia edir. Onun dediyinə görə, fermada analoji hadisə 2017-ci ilin may ayında da baş verib. Ötən il baş verən yanğında 1600 ot bağlaması yanıb.

Ş. Bünyatov hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verdiyini deyir.

***

02:29

İsmayıllı və Kürdəmirdə yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m2 olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m2 sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində fermanın ərazisində 30 ton ot bağlamasının 25 tonu və ümumi sahəsi 440 m2 olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Ot bağlamasının və fermanın qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR