Azərbaycan güləşçiləri Yakutskdə 2 medal qazanıb

Azərbaycan güləşçiləri Yakutskdə 2 medal qazanıb
# 11 mart 2019 12:48 (UTC +04:00)

Rusiyanın Yakutsk şəhərində gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçirilib. Azərbaycan Güləş Federasiyasından ONA-ya verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 5 güləşçi təmsil edib.

Onlardan Asxab Həmzətov (92 kq) gümüş, Abubakr Abakarov (79 kq) isə bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR