Rusiyanın Sudandakı səfirinin ölümünün ilkin səbəbi məlum olub - YENİLƏNİB

Rusiyanın Sudandakı səfirinin ölümünün ilkin səbəbi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 23 avqust 2017 23:32 (UTC +04:00)

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskinin ölümünün ilkin səbəbi məlum olub.

APA-nın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Məlumata görə, 63 yaşlı M.Şirinskiy yüksək qan təzyiqindən əziyyət çəkirmiş. Onun meyiti Xartum şəhərində iqamətgahındakı hovuzda aşkarlanıb.

Qeyd edək ki, M.Şirinskiy son il ərzində dünyasını dəyişən sayca 9-cu Rusiya diplomatıdır.

***

00:08

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinski Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib.

Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

63 yaşlı M.Şirinski 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR