Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz

Rusiya XİN

© APA | Rusiya XİN

# 23 may 2024 09:13 (UTC +04:00)

“Yaponiya ilə münasibətlərimiz getdikcə daha da pisləşir və biz mövcud şəraitdə rəsmi Tokio ilə siyasi təmasları bərpa etmək niyyətində deyilik”.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya Ölkələri Departamentinin direktoru Lyudmila Vorobyova deyib.

O həmçinin Yaponiya hökumətinin indiyədək ölkəsinə qarşı 22 sanksiya paketi qəbul etdiyini xatırladıb:

“Aydındır ki, belə bir şəraitdə Yaponiya tərəfinin təşəbbüsü ilə kəsilən siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz. Yaxşı olardı ki, münasibətlərin gələcəyi barədə rəsmi Tokionun özü düşünsün”, – rusiyalı diplomat belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR