Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanın hərbi aviabazalarında olub

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanın hərbi aviabazalarında olub
# 01 dekabr 2017 08:12 (UTC +04:00)

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib.

Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR