Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb

Əfqanıstanda kişi 9 yaşlı arvadını öldürüb
# 30 iyul 2018 13:14 (UTC +04:00)

Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı arvadını öldürüb.

APA-nın “Tolo News” agentliyinə istinadən verdiyi xəbərə görə, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb, daha sonra boğub.

Kişi hadisə yerindən qaçıb. Axtarışları davam etdirilir.

Cinayətlə bağlı 9 yaşlı Samianın atası həbs edilib. O, qızını erkən nikaha məcbur etməkdə günahlandırılır.

Bildirilib ki, Samia cinayəti törətmiş Sharafuddinin ikinci arvadıdır. 9 yaşlı Samia ailələr arasında olan ədavətə son qoymaq məqsədilə ona zorla ərə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR