“Qalatasaray” sensasiyaya imkan verməyib

“Qalatasaray” sensasiyaya imkan verməyib
# 18 dekabr 2019 00:57 (UTC +04:00)

Türkiyə kubokunda 1/16 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 5 görüş baş tutub.

İstanbulda sürprizə imza ataraq, “Qalatasaray”a 2:0 hesabı ilə qalib gələn “Tuzlaspor” doğma divarlar arasında üstünlüyünü qoruya bilməyib. “Sarı-qırmızılar” rəqib meydanında 4 cavabsız qolla qələbə qazanaraq, sensasiyaya imkan verməyiblər.

“Qalatasaray” kimi, “Kasımpaşa”, “Antalyaspor”, “Rizəspor” və “Antalyaspor” da mərhələ adlayıb.

Qeyd edək ki, 1/16 final mərhələsi dekabrın 19-da başa çatacaq.

Türkiyə kuboku
1/16 final, cavab oyunları
17 dekabr
“Vanspor” – “Kasımpaşa” –2:2
İlk oyun: “Kasımpaşa” – “Vanspor” – 2:1

“Antalyaspor” – “Eyüpspor” – 2:2
İlk oyun: “Eyüpspor” – “Antalyaspor” – 0:3

“Samsunspor” – “Rizəspor” – 1:1
İlk oyun: “Rizəspor” – “Samsunspor” – 3:2

“Adanaspor” – “Antalyaspor” – 1:7
İlk oyun: “Antalyaspor” – “Adanaspor” – 5:1

“Tuzlaspor” – “Qalatasaray” – 0:4
İlk oyun: “Qalatasaray” – “Tuzlaspor” – 0:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR