Bank Of Baku

Bessent: Senat Trampa Çinə 500% rüsum tətbiq etməyə icazə verməyə hazırdır

Bessent: Senat Trampa Çinə 500% rüsum tətbiq etməyə icazə verməyə hazırdır
# 15 oktyabr 2025 23:09 (UTC +04:00)

100 senatordan təxminən 85-i ABŞ prezidenti Donald Trampa Rusiyadan neft almasına görə Çinə 500%-ə qədər gömrük rüsumları tətbiq etmək səlahiyyətini verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə oktyabrın 15-də ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

Bessent həmçinin əlavə edib ki, Tramp ABŞ səfirinə Avropa müttəfiqlərini belə rüsumların tətbiqinə hazır olduqları halda, ABŞ-ın Çinə qarşı onların tətbiqini dəstəkləməyə hazır olması barədə məlumat verməyi tapşırıb.

Qeyd edək ki, oktyabrın 10-da Tramp Pekinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaq qərarına cavab olaraq ABŞ-ın Çin mallarına daha yüksək rüsumlar tətbiq etməyə hazır olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR