Sergey Zavorotnı Moskvada avtomobil partlayışı nəticəsində sol qolunu itirib.
APA-nın Moskva bürosu xəbər verir ki, o, beyin əzilməsi, sol qolunun çiyin səviyyəsində travmatik amputasiyası, qabırğalarının sınığı və sağ baldır sümüyünün açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Moskvanın Çertanovo rayonunun Kirovoqradskaya küçəsində Zavorotnının avtomobili hərəkətdə olarkən partladılıb. Partlayışın dalğası sükan arxasında olan Zavorotnını çölə atıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.
Avtomobilin sürücü tərəfdən alt hissəsinə maqnitli 300 qram tratili olan partlayıcı qurğu yerləşdirildiyi bildirilib.
***
12:08
Moskvanın Çertanovo rayonunda partlayan avtomobilin Ukraynada dövlət vəzifələrində çalışan 72 yaşlı jurnalist Sergey Zavorotnıya məxsus olduğu məlum olub.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya mətbuatı Zavorotnının Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun vaxtilə müşaviri vəzifəsində çalışdığını bildirir.
Rusiya Telegram kanallarının məlumatına görə, partlayıcı qurğu avtomobil alt hissəsinə yerləşdirilib. Avtomobil yolda hərəkət edərkən partladılıb.
Sergey Zavorotnı ağır xəsarət alıb.
***
11:53
Moskvada avtomobil partlayıb.
APA-nın Rusiya bürosu xəbər ki, insident paytaxtın cənubunda, Çertanovo rayonunun Kirovoqradskaya küçəsində baş verib.
Hadisə şahidlərinin bildirdiyinə görə, hərəkətdə olan "Toyota" markalı avtomobil partlayıb. Partlayışın dalğası çox güclü olub.
Bir nəfərin yaralandığı bildirilib.