Paşha Bank
Bank Of Baku

Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO

Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
# 13 noyabr 2026 12:12 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.

Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.

Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR