Bank Of Baku

​​​​​​​Bəzi ştatlarda ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb

​​​​​​​Bəzi ştatlarda ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb
# 10 noyabr 2022 02:42 (UTC +04:00)

ABŞ-ın 15 ştatında ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb.

APA-nın xəbərinə görə, bu barədə ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeld məlumat verib.

“15 ştatda bizi seçki məntəqələrinə buraxmadılar. Qalan yerlərdə isə məhdudiyyət olmadan monitorinqlər apardıq” – deyə Sederfeld bildirib.

Müşahidə missiyası rəhbərinn sözlərinə görə, ştatlar müşahidəçilərin məntəqələrə buraxılmamasını yerli qanunvericilik əsasında həyata keçiriblər.

Qeyd edək ki, 8 noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçirilib. İlkin nəticələr respublikaçıların irəlidə olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR