Blinken Berbokla Rusiya və Çin arasındakı əməkdaşlığı müzakirə edib

Blinken Berbokla Rusiya və Çin arasındakı əməkdaşlığı müzakirə edib
# 25 may 2024 03:40 (UTC +04:00)

ABŞ dövlət katibi Antoni Blinken və Almaniyanın xarici işlər naziri Annalena Barbok telefon danışığında Çinin Rusiya hərbi-sənaye kompleksinə (MİK) dəstəyini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.

“Dövlət katibi Blinken Almaniyanın xarici işlər naziri Berbok ilə telefonla danışıb. Blinken və xarici işlər naziri Berbok Ukraynaya sadiqliklərini təsdiqləyiblər və ölkəyə hərtərəfli yardım göstərməyə hazır olduqlarını bildiriblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, tərəflər Çin Xalq Respublikasından irəli gələn çağırışları, o cümlədən ÇXR-in Rusiya hərbi-sənaye kompleksinə dəstəyini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR