Bank Of Baku

Blinken bu həftə İsrailə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 30 yanvar 2024 13:41 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, Blinken bu şənbə günü axşam (3 fevral - red.) İsrailə gələcək.

ABŞ dövlət katibinin bazar ertəsinə qədər (5 fevral -red.) İsraildə olacağı və bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, bu, oktyabrın 7-də müharibənin başlamasından bəri Blinkenin İsrailə altıncı səfəridir. Onun sonuncu səfəri yanvarın 8-də baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR