Finlandiya və İsveç NATO-ya daxil olmaları ilə bağlı məsələdə Türkiyə ilə məhsuldar dialoq aparırlar.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında deyib.
“Türkiyə, Finlandiya və İsveçin iştirakı ilə davam edən bir proses var. Düşünürəm ki, bu proses Türkiyənin öz təhlükəsizliyi ilə bağlı ifadə etdiyi narahatlıqların aradan qaldırılması baxımından çox məhsuldardır”, - deyə Blinken vurğulayıb.
O qeyd edib ki, Finlandiya və İsveç bu narahatlıqları aradan qaldırmaq üçün addımlar atıb.