Bank Of Baku

Blinken HƏMAS-ın əlində olan girovların çoxunun hələ də sağ olduğunu bildirib

Blinken HƏMAS-ın əlində olan girovların çoxunun hələ də sağ olduğunu bildirib
# 26 sentyabr 2024 22:04 (UTC +04:00)

HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların çoxu hələ də sağdır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsi zamanı məlumat verib.

“Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ümidsiz şəkildə ailələrinə qaytarmaq istəyirik.”, - deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, söhbət həmçinin ABŞ vətəndaşlığı olan girovlardan da gedir. Bununla bağlı Blinken qeyd edib ki, bu insanların evlərinə qayıtması ABŞ-ın münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmağa nail olmaq üçün göstərdiyi səylərdə əsas prioritet mövzulardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR