ABŞ Dövlət Katibi Entoni Blinken İsrail baş naziri Benyamin Netanyahuya qüvvələrinin Qəzzada mülki şəxslərə daha çox zərər vurmaqdan çəkinməli olduğunu bildirib.
APA “Times of İsrael”ə istinadən xəbər verir ki, dövlət katibi, həmçinin Qəzzadakı mülki infrastrukturun qorunmasının vacibliyini vurğulayıb.
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller qeyd edib ki, Blinken eyni zamanda ABŞ-ın Həmasın 7 oktyabr hücumundan sonra İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha vurğulayıb.
Qeyd olunub ki, tərəflər girovların azadlığa buraxılması istiqamətində davam etdirilən səyləri, həmçinin Qəzzadakı mülki şəxslər üçün humanitar yardımların səviyyəsinin artırılmasını müzakirə ediblər.
“Dövlət katibi Fələstin dövlətinin reallaşdırılması da daxil olmaqla, İsrail və region üçün davamlı, dayanıqlı sülhün təmin edilməsinin zəruriliyini bir daha təkrarlayıb”, - Miller bildirib.