Blinken İsrailə gedib

Blinken İsrailə gedib
# 30 noyabr 2023 12:45 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

ABŞ rəsmisi səfər çərçivəsində İordan çayının qərb sahilinə getməyi və Fələstin rəsmiləri ilə görüşməyi planlaşdırır.

Həmçinin əlavə olunub ki, Blinken bütün girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün gələcək addımları müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR