İsveç və Finlandiyanın ən qısa zamanda NATO-ya üzvlüyünün təsdiqlənəcəyinə ümid edirik.
APA xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.
O həm İsveçi, həm də Finlandiyanı güclü ölkələr kimi xarakterizə edib: “İnanırıq ki, onların alyansa üzvlüyü həm də bizim təhlükəsizliyimizə töhfə verəcək, onu gücləndirəcək. Qeyd etməliyik ki, bu iki ölkə Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün ciddi addımlar atıblar”.