Blinken Makronla Ukraynanı və Yaxın Şərqi müzakirə edib

Blinken Makronla Ukraynanı və Yaxın Şərqi müzakirə edib
# 03 aprel 2024 04:56 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Parisə səfəri ərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb və onunla Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

“Dövlət katibi Blinken və Prezident Makron Ukraynanın azadlıq mübarizəsinə güclü dəstəyi bir daha təsdiqləyiblər. Onlar həmçinin Qəzza zolağında münaqişənin yayılmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər.

Qeyd olunur ki, tərəflər həmçinin “Çinin yaratdığı çağırışları” və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR