Türkiyədə yol qəzasında 8 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Türkiyədə yol qəzasında 8 nəfər ölüb, 8 nəfər xəsarət alıb
# 10 fevral 2018 08:54 (UTC +04:00)

Türkiyədə 8 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “Haber7”-yə istinadən verdiyi xəbərə görə, Kahramanmaraş şəhərinə gedən istiqamətdə sərnişin avtobusu yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Ölənlərin əksəriyyəti avtobusda olan sərnişinlərdir. Onların Ankaradan qayıtdıqları deyilir.

Hadisə yerinə xilasetmə qüvvələri, təcili yardım briqadaları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR