Blinken NATO-nun Ukraynaya dəstəyini müzakirə etmək üçün Çexiya və Moldovaya səfər edəcək

ABŞ Dövlət katibi Antoni Blinken

© APA | ABŞ Dövlət katibi Antoni Blinken

# 25 may 2024 08:27 (UTC +04:00)

ABŞ Dövlət katibi Antoni Blinken mayın 28-31-də Çexiya və Moldovaya səfəri çərçivəsində Ukraynaya hərbi dəstək məsələsini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika diplomatiyasının rəhbəri Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Blinken həmçinin Çexiyanın xarici işlər naziri Yan Lipavski və digər yüksək vəzifəli rəsmilərlə görüşərək Ukraynaya gələcək dəstək, birgə müdafiə modernləşdirilməsi və enerji əlaqələrinin dərinləşdirilməsi məsələlərini müzakirə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR