Sabirabadda “KamAZ” piyadanı vurub

Sabirabadda “KamAZ” piyadanı vurub
# 15 aprel 2018 10:12 (UTC +04:00)

Sabirabadda piyada vurulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.

“KamAZ” markalı, 49 BH 338 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən, rayonun Nəsimi kənd sakini, 1990-cı il təvəllüdlü Sadıqov Racu Aydın oğlunu vurub.

Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR