Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasının 115 saylı “Qaynar xətti”nə daxil olan müraciətlərin sayı məlum olub.
APA-nın xəbərinə görə, saat 08:00-dan saat 12:00-dək “Qaynar xətt”ə 11 müraciət daxil olub.
Müraciətlər müxtəlif məsələləri əhatə edib.