Qubada 8 otaqdan ibarət köməkçi tikili yanıb

Qubada 8 otaqdan ibarət köməkçi tikili yanıb
# 27 oktyabr 2017 23:34 (UTC +04:00)

Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonunda ümumi sahəsi 320 m2 olan birmərtəbəli 8 otaqdan ibarət köməkçi tikilinin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR