Bank Of Baku

Blinken Quterreşlə taxıl sazişini müzakirə edəcək

Blinken Quterreşlə taxıl sazişini müzakirə edəcək
# 22 fevral 2023 20:59 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın Baş katibi Antoniu Quterreşlə görüşəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, Blinken BMT Baş katibi ilə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

Bundan əlavə, E.Blinken və A.Quterreş Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcəklər.

Qeyd olunur ki, iclas Rusiyanın Ukraynaya qarşı elan olunmamış müharibəyə başlamasının birinci ilinin tamamlanmasına həsr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR