ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl-Səudla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında deyilir.
Bildirilir ki, həmkarı ilə telefon danışığı zamanı Blinken Vaşinqtonun “Mercer Street” tankerinə edilən hücumda Tehranı günahlandırdığını müzakirə edib.
“Dövlət katibi və xarici işlər naziri regional təhlükəsizlik məsələlərini və İranın Ərəbistan dənizində “Mercer Street” gəmisinə etdiyi hücumu müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.