Azərbaycan prezidenti İordaniyanın dövlət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti İordaniyanın dövlət nazirini qəbul edib  - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2018 16:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momanini qəbul edib.

APA-nın məlumatına görə, Mohammad əl-Momani qeyd edib ki, ölkəsi prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşır.

İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izlənildiyini deyən Mohammad əl-Momani Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirib.

İordaniya kralı ilə Azərbaycan prezidenti arasında olan şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Mohammad əl-Momani İordaniya kralı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verildiyini deyib. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyini yüksək qiymətləndirən İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani bu tədbirə dəvətə görə minnətdarlığını ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildirən dövlət başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı münasibətlərin olduğunu qeyd edib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxunub və Azərbaycanın bu konfransa qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

*** 16.22

Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad Əl Momanini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR