Tovuzda azyaşlı ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb

Tovuzda azyaşlı ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb
# 18 iyul 2017 22:43 (UTC +04:00)

Tovuzda 6 yaşlı uşağın sinəsinə taxta batıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əhmədabad kənd sakini 2011-ci il təvəllüdlü Orxan Babək oğlu Hüseynov həyətdə oynayan zaman ehtiyatsızlıqdan yerə sancılmış taxta parçasının üzərinə düşüb. Nəticədə taxta parçası onun sol döş nahiyəsinə batıb. O dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR