Bu ilin 6 ayında BTC kəməri ilə 365 mln. ton xam neft nəql edilib

Bu ilin 6 ayında BTC kəməri ilə 365 mln. ton xam neft nəql edilib
# 17 avqust 2017 14:10 (UTC +04:00)

Bu ilin ilk yarım ili ərzində isə Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 17 mln. ton (125 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 159 tankerə yüklənib.

BTC-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 365 mln. ton (təxminən 2,74 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 584 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin ilk yarım ili ərzində üzrə əməliyyat xərclərinə təqribən 64 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar xərclənib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR