Blinken və Quterreş Ukrayna ilə bağlı əməkdaşlığı müzakirə ediblər

Blinken və Quterreş Ukrayna ilə bağlı əməkdaşlığı müzakirə ediblər
# 05 iyun 2024 03:42 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş arasında Vaşinqtonda keçirilən görüşdə Ukrayna üzrə əməkdaşlıq müzakirə olunan mövzularından biri olub.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı açıqlamada yer alıb.

“Onlar həmçinin hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynanın səylərini dəstəkləmək üçün ABŞ-BMT əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - açıqlamada deyilir.

Bundan əlavə, Blinken və Quterreş Qəzza zolağında atəşkəs və Sudandakı münaqişə ilə bağlı təklifləri müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR