ABŞ Dövlət Katibinin köməkçisi Todd Robinson Gürcüstan parlamentində müzakirə edilən “xarici agentlər” qanununu tənqid edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Tod Robinson jurnalistlərə açıqlamasında qanunun daha çox Rusiyanın maraqlarına cavab verdiyini və ölkənin Avro-Atlantik inteqrasiya xəttinə uyğun gəlmədiyini bildirib.
“Aydındır ki, bu qanun Rusiyanın maraqlarına əsaslanır və Gürcüstanın Avro-Atlantik (inteqrasiya) istiqamətində yaxından işləmək maraqlarına cavab vermir. Biz bunun Gürcüstan üçün doğru şey olduğunu düşünmürük, ən əsası, gürcülər bunun onlar üçün yaxşı olmadığını düşünürlər”, - deyə Todd Robinson bildirib.