Blinkenin Ukrayna və Almaniyaya səfəri ilə bağlı rəsmi açıqlama yayılıb

ABŞ Dövlət Departamenti

© APA | ABŞ Dövlət Departamenti

# 18 yanvar 2022 18:25 (UTC +04:00)

ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Ukrayna və Almaniyaya səfəri ilə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamda Entoni Blinkenin yanvarın 18-20-də Kiyev və Berlində səfərdə olacağı qeyd olunub.

Bildirilib ki, dövlət katibi Blinken səfərinə Ukraynanın paytaxtı Kiyevdən başlayacaq və burada ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bəyan etmək üçün yanvarın 19-da Prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Katib həmçinin, ABŞ səfirliyinin işçiləri və ailələri ilə görüşərək, Rusiyanın vəziyyəti daha da gərginləşdirəcəyi halda, Departamentin atacağı addımlar barədə onları məlumatlandıracaq.

Yanvarın 20-də dövlət katibi Rusiya ilə son diplomatik əlaqələri və Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün qarşısını almaq üçün birgə səyləri müzakirə etmək üçün Berlinə gedəcək. O, almaniyalı həmkarı Annalena Berbokla Rusiyanın vəziyyəti gərginləşdirəcəyi halda müttəfiqlərin və tərəfdaşların bu ölkə üçün ağır nəticələri olacaq iqtisadi sanksiyalar tətbiq etməyə hazırlığı müzakirə edəcəklər.

Blinken Berlində Transatlantik Dördlüyü (ABŞ, Fransa, Almaniya, Britaniya) müzakirələr keçirəcək.

Dövlət Departamenti bildirib ki, Entoni Blinkenin səfəri və məsləhətləşmələri Rusiyanın hərbi güclənməsi və Ukraynaya qarşı davam edən aqressiyası nəticəsində yaranan gərginliyi azaltmaq üçün diplomatik səylərin bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR