ABŞ-ın dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətinin detalları açıqlanıb.
APA CNN-ə istinadən xəbər verir ki, Dehlidə G20 iclası çərçivəsində baş tutan ayaqüstü söhbət təxminən 10 dəqiqə çəkib. Blinkenlə birlikdə Dehlidə səfərdə olan dövlət departamentinin rəsmisi CNN-ə bildirib ki, söhbət zamanı dövlət katibi Rusiyanı Paul Uilanı azad etməyə və Yeni Start müqaviləsində iştirak etməyə çağırıb, həmçinin ABŞ-ın Ukraynaya dəstəyini vurğulayıb.
Rəsminin sözlərinə görə, bu görüş əvvəlcədən planlaşdırılmayıb və Sergey Lavrova Blinken özü yaxınlaşıb.