Mərkəzi Bankın depozit hərracında tələb təklifi 5 dəfə üstələyib

Mərkəzi Bankın depozit hərracında tələb təklifi 5 dəfə üstələyib
# 11 sentyabr 2017 09:55 (UTC +04:00)

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit keçirilib.

Mərkəzi Bankdan “APA-Econoicms”ə verilən xəbərə görə, hərracda tələb 530,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR