Bakıda keçiriləcək Avropa Tolerantlıq festivalının təqdimatı olub

Bakıda keçiriləcək Avropa Tolerantlıq festivalının təqdimatı olub
# 06 sentyabr 2017 15:29 (UTC +04:00)

Bu il oktyabrın 12-20-də Bakıda təşkil olunacaq Avropa Tolerantlıq festivalının təqdimatı keçirilib.


APA-nın məlumatına görə, mərasimdə çıxış edən Avropa İttifaqının Bakı nümayəndəliyinin siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri Denis Denilidis bildirib ki, bu festivalın Azərbaycan kimi müxtəlifliklərə açıq və tolerant ölkədə keçirilməsindən məmnundur.

Onun sözlərinə görə, belə bir festival Azərbaycanda ilk dəfədir, keçirilir. Festival çərçivəsində sənədli filmlər, konsert və rəqslər nümayiş olunacaq.

D. Denilidis əlavə edib ki, festival 3 komponentdən ibarətdir: "Bunlardan birincisi IMAGINE Avropa Tolerantlıq festivalı, digəri DokuBaku festivallı və Polşa səfirliyi və Polşanın Adam Miskeviç İnstitutunun təşkilatçılığı ilə "Sosial dəyişiklik üçün kino" festivalıdır. Festival çərçivəsində Avropa ölkələrindən rejissorlar, rəqs qrupları Azərbaycana gələcək, film çəkmək istəyənlər üçün master-klasslar keçiriləcək".

O bildirib ki, festival İsveçrə, Norveç və Peru səfirlikləri və "United culture"nin də iştirakı ilə təşkil olunacaq.

Qeyd edək ki, IMAGINE festivalında bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR