Bank Of Baku

BMT baş katibi İsrail və Livan arasında atəşkəsi alqışlayıb

BMT baş katibi İsrail və Livan arasında atəşkəsi alqışlayıb
# 27 noyabr 2024 03:26 (UTC +04:00)

BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.

APA xəbər verir ki, bu haqda Quttereşin sözçüsü Stefan Dujarrikin yaydığı bəyanatda bildirilir.

"BMT-nin baş katibi Livan və İsrail arasında atəşkəsin elan edilməsini alqışlayır, bu razılaşmanın, hər iki ölkə xalqına qarşı zorakılığa, dağıntılara və iztirablara son qoyacağına ümid edir", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti Livanda atəşkəs planını rəsmən təsdiqləyib. Bundan qısa müddət sonra ABŞ prezidenti Co Bayden İsraillə “Hizbullah” arasında razılıq əldə olunduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR