Birləşmiş Millətlər Təşkilatı (BMT) Haitidə zəlzələ nəticəsində xəsarət alanlara yardım üçün azı 8 milyon dollar ayıracaq.
APA TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.
“Dünən (avqustun 14-də - Red.) Haitidə baş verən zəlzələ ilə bağlı humanitar vəziyyətə dəstək üçün Mərkəzi Fövqəladə Hallara Yardım Fondundan 8 milyon dollar ayırıram. Bu məbləğ tibbi yardım, təmiz su, müvəqqəti sığınacaq və sanitar-profilaktik tədbirlər üçün təbii fəlakətdən ziyan görmüş insanlar üçün nəzərdə tutulur”, - deyə M.Qriffits “Twitter” səhifəsində yazıb.