Bank Of Baku

BMT İsrail və Hizbullaha müraciət edib

BMT İsrail və Hizbullaha müraciət edib
# 25 avqust 2024 17:07 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi Hizbullah şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.

APA xəbər verir ki, bəyanat təşkilatın saytında dərc olunub.

“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, - bəyanatda deyilir.

Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR