BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı danışıqları davam etdirməyə çağırıb.
APA-nın xəbərinə görə, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb. Məlumatda deyilir ki, Baş katib Cenevrədə keçiriləcək Lavrov-Blinken görüşünün Ukrayna ətrafında deeskalasiya ilə nəticələnəcəyinə ümid edir. O, tərəfləri dialoqu davam etdirməyə səsləyir.