BMT-nin gələn ilki tədbirlərinə 46,4 milyard dollar tələb olunur

BMT-nin gələn ilki tədbirlərinə 46,4 milyard dollar tələb olunur
# 11 dekabr 2023 11:22 (UTC +04:00)

BMT-nin gələn ilki qlobal humanitar tədbirlərinə 46,4 milyard dollar tələb olunur.

APA xəbər verir ki, bununla bağlı BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (United Nations Office for the Coordination of Humanitarian Affairs - OCHA) bəyanat yayıb.

Bəyanata əsasən, humanitar yardım aclıq, silahlı münaqişə, təbii fəlakət, iqtisadi tənəzzül, epidemiyalar və insanların yaşayış yerlərindən kütləvi şəkildə qaçqın düşməsindən əziyyət çəkən 72 ölkənin əhalisi üçün nəzərdə tutulub.

Həmçinin qeyd olunub ki, bu ilə olan vəziyyətə əsasən, hər beş uşaqdan biri münaqişə zonasında yaşayır və ya oradan qaçıb: “Təxminən 258 milyon insan kəskin aclıqdan əziyyət çəkir. Dünya üzrə məcburi köçkünlərin sayı 10 il əvvəlki rəqəmdən iki dəfə çoxdur. Epidemiyalar isə dünyanın hər yerində ölümlərə gətirib çıxarır”.

Məlumatda həmçinin əlavə olunub ki, humanitar əməliyyatların maliyyələşdirilməsinə cari ildə cəmi 20 milyard dollar ayrılıb və bu, ümumi ehtiyacın yalnız üçdə birini əhatə edir, çünki bu il üçün 56 milyard dollardan çox vəsait tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR