BMT baş katibinin rəsmi nümayəndəsinin köməkçisi Florens Soto Nino dekabrın 30-dan 31-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığını şərh edib.
APA-nın məlumatına görə, Florens Soto Nino sözügedən danışığı müsbət qiymətləndirib.
“Biz həmişə BMT-yə üzv dövlətlər arasında dialoqu alqışlayırıq”, deyə BMT rəsmisi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Kreml Rusiya və ABŞ prezidentləri arasında dialoqun hər iki tərəf üçün faydalı olduğuna dair fikirlər səsləndirib.