Bank Of Baku

BMT Şimali Koreyanı təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıb

BMT Şimali Koreyanı təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıb
# 20 fevral 2023 07:31 (UTC +04:00)

Antonio Quterreş Şimali Koreyanın (KXDR) növbəti raket buraxılışını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

“Baş katib KXDR tərəfindən ballistik raketin buraxılışını qətiyyətlə pisləyir. Baş katib KXDR-ni növbəti təxribat xarakterli hərəkətlərindən imtina etməyə, Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələri üzrə beynəlxalq öhdəliklərinə tam əməl etməyə və davamlı sülhə və Koreya yarımadasının tam yoxlanıla bilən nüvəsizləşdirilməsinə yönələn dialoqu bərpa etməyə çağırdığını təkrarlayır”, - deyə Düjarrik bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR