Bank Of Baku

BMT TŞ iyulun 31-də HƏMAS liderinin qətli ilə bağlı fövqəladə iclas keçirəcək

BMT TŞ iyulun 31-də HƏMAS liderinin qətli ilə bağlı fövqəladə iclas keçirəcək
# 31 iyul 2024 20:55 (UTC +04:00)

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası iyulun 31-də fövqəladə iclas keçirəcək.

APA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

Məlumatda qeyd olunur ki, Çin, Əlcəzair və Rusiyanın dəstəyi və İranın xahişi ilə Nyu-York vaxtı ilə saat 16:00-da HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İ. Həniyyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edilib.

Qeyd edək ki, iyul ayında BMT TŞ-na Rusiya Federasiyası rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR